Bakıda betonqarışdıran maşın 3 metr hündürlükdən xəndəyə düşdü, sürücü öldü


Digərləri 02 Fev 2019 10:56:00 190 0

Bakıda betonqarışdıran maşın 3 metr hündürlükdən xəndəyə düşdü, sürücü öldü

Bakıda tikinti işləri aparılan ərazidə ölüm hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda tikinti işləri aparılan ərazidə ölüm hadisəsi baş verib. Bu barədə Trend-ə Nəsimi rayon prokurorluğundan bildirilib. Rayon prokurorluğuna yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə xəndəyə düşərək ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib. Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Ə.Həşimov idarə etdiyi betonqarışdıran yük avtomobilinin beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə aşması nəticəsində ölüb.