Balakəndə narkotacir tutuldu


Kriminal 02 Fev 2019 10:34:00 280 0

Balakəndə narkotacir tutuldu

Balakən sakinlərindən narkotik götürülüb.

Son.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildiriblər ki, daxil olmuş məlumat əsasında Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.