Balakən sakinlərindən narkotik götürülüb


Digərləri 02 Fev 2019 10:14:30 185 0

Balakən sakinlərindən narkotik götürülüb

Balakən sakinlərindən narkotik götürülüb.

Bakı. Samir Əli - Balakən sakinlərindən narkotik götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildiriblər ki, daxil olmuş məlumat əsasında Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb.