İranda terror hücumu: ölən və yaralananlar var
Digərləri 02 Fev 2019 09:35:00 235 0
Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
Bakı. Elnur Bağışov –
Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
Trend xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən "Mehr" informasiya agentliyinə bildirilib.
Mənbə: az.trend.az