Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 02 Fev 2019 09:29:00 212 0

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində avtomobil piyadanı vuararaq öldürüb.

Son.az Report-a istinadən bildirir ki, hadisə Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Musazadə Pərviz Natiq oğlunu magistral yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Son.az