Qarabağ qazisi: Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun


Digərləri 02 Fev 2019 09:24:54 486 0

Qarabağ qazisi: Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun

Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun

Bakı. Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun. Trend-in məlumatına görə, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı Qarabağ qazisi, baş leytenant Kamil Musavi deyib. K.Musavi bildirib ki, Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir: "Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib hərbçi olmaq deyil. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil". O qeyd edib ki, hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir: