NATO alman hərbi gəmisini Qara dənizə göndərir


Dünya 02 Fev 2019 09:14:00 490 0

NATO alman hərbi gəmisini Qara dənizə göndərir

"Verra" döyüş gəmisi Qara dənizə göndəriləcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik "Verra"nın NATO qrupu çərçivəsində göndəriləcəyini, başqa hərbi gəmilərin göndərilməsinin nəzərdə tutulmadığını bəyan edib.

Alman hərbi gəmisinin Bolqarıstanın Burqas və Varna limanlarına daxil olması da planlaşdırılır.