Yeni düyməli Nokia internetə qoşulacaq


Digərləri 02 Fev 2019 08:21:00 273 0

Yeni düyməli Nokia internetə qoşulacaq

Çinin Telekommunikasiya Avadanlıqlarının Sertifikasiyası Agentliyinin (TENAA) saytında Finlandiyanın "HMD Global" şirkətinin rəsmən təqdim etmədiyi yeni "Nokia" telefonu barədə məlumat dərc edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "TA-1139" nömrəli model internetə çıxışa və kameraya malik adi düyməli telefondur.

Telefon 240 x 320 piksel təsvir ölçülü 2,4 düym diaqonallı TFT ekran, işıqlandırıcıya malik 3 meqapikselli arxa kamera, 8 meqabaytlıq operativ və 16 meqabaytlıq quraşdırılmış yaddaş, 1020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Adi telefon tam enerji topladıqdan sonra bir həftəyədək işləyə biləcək.