Bu qurğu WiFidan enerji alır


Digərləri 02 Fev 2019 08:11:00 239 0

Bu qurğu WiFidan enerji alır

Massaçusets Texnologiya İnstitutunun (MІT) alimləri "Wi-Fi" şəbəkəsinin siqnallarından enerji alan qurğu hazırlamağa başlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni qurğu transformasiya edilən radiotezlik antenası sayəsində elektromaqnit dalğalarını, o cümlədən "Wi-Fi" siqnallarını dəyişən elektrik cərəyanı kimi udmağa imkan verir.

Bildirilir ki, antena dəyişən cərəyanı sabitə çevirən bir neçə atom qalınlığında ikiölçülü yarımkeçiriciyə qoşulur. Texnologiya "hava" vasitəsilə enerji ilə təmin ediləcək akkumulyatorsuz mobil qurğular yaratmağa imkan verəcək.