Çin orbitə 10 naviqasiya peyki çıxaracaq


Digərləri 02 Fev 2019 08:05:00 274 0

Çin orbitə 10 naviqasiya peyki çıxaracaq

Çin 2019-cu ildə "Beidou" naviqasiya peykinin formalaşdırılması üçün orbitə 10 peyk çıxarmağı planlaşdırır. Bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) məlumatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, korporasiyanın kosmik departamentinin rəhbəri Şan Çji qeyd edib ki, peyklərin buraxılışı 2020-ci ilədək "Beidou" qlobal naviqasiya sistemini tam formalaşdırmağa kömək edəcək.  

Məlumata görə, Çin 2018-ci ildə sistemin 18 peykinin buraxılışını həyata keçirib. Naviqasiya sistemi artıq qlobal xidmətlər göstərməyə başlayıb. Məsələn, Çinin böyük şəhərlərində təxminən 6,17 milyon nəqliyyat vasitəsi, 35 min poçt və kuryer çatdırılma vasitəsi, eləcə də 80 min avtobus "Beidou" naviqasiya sistemi ilə təchiz edilərək ona uyğunlaşdırılıb. Sistem, həmçinin Çin mülki aviasiyasında geniş tətbiq edilir.