iPhonelarda güclü 3D kamera olacaq


Digərləri 02 Fev 2019 07:31:00 214 0

iPhonelarda güclü 3D kamera olacaq

ABŞ-ın "Apple" şirkəti 2020-ci ildə daha güclü üçölçülü kameraya malik yeni "iPhone" smartfonu istehsal etmək niyyətindədir.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, kamera şirkət tərəfindən hazırlanan əlavə reallıq texnologiyalarını təkmilləşdirməyə imkan verəcək.   

Yeni uzaq məsafəli "3D" kamera 15 fut (təxminən 5 metr) məsafədə işləyə biləcək. Hazırda "iPhone" qurğusunda "Apple Face ID" sifətin tanınması funksiyası işə salınan zaman quraşdırılmış "3D" kameralar 25-50 sm məsafədə iş üçün nəzərdə tutulub. Bundan əlavə, yeni qurğunun yaradılmasında lazer skanerindən istifadə ediləcək.