Lukaşenko qadınların ərlərini evdən niyə qovduqlarını açıqladı


Digərləri 02 Fev 2019 07:45:00 214 0

Lukaşenko qadınların ərlərini evdən niyə qovduqlarını açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko belaruslu qadınların ərlərini evdən niyə qovduqlarını açıqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, o bunu kişilərin evdə xarab olan məişət texnikasını təmir edə bilməməsi ilə əlaqələndirib.

"Elementar biliklər və bacarıqların olmaması gənc ailələrin dağılmasına səbəb olur. Gənclərimizə baxın, mən bilmirəm onlar necə evlənirlər. Nəyə görə arvadları onları evdən qovurlar və ailələr dağılır? Çünki heç bir iş bacarmırlar. O hətta lampanı lüstra bağlaya bilmir, adi çaydanı təmir edə bilmir", - deyə Lukaşenko vurğulayıb.