Biləcəridə əl qumbarası tapılıb (FOTO)


Digərləri 02 Fev 2019 00:40:18 319 0

Biləcəridə əl qumbarası tapılıb (FOTO)

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1 ədəd əl qumbarası tapılıb.

Bakı. Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1 ədəd əl qumbarası tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu barədə bu gün saat 16:28-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Biləcəri Xətt Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.