Günün qoroskopu: nə isə dərhal alınmasa, narahat olmayın


Digərləri 02 Fev 2019 00:01:00 270 0

Günün qoroskopu: nə isə dərhal alınmasa, narahat olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

OĞLAQLAR tələm-tələsik qərar qəbul etməməli, hər şeyi qabaqcadan ətraflı düşünməlidirlər, xüsusən də söhbət böyük alış-verişdən gedirsə. Təəssüf ki, bu günlərdə maliyyə imkanlarınız məhdud olacaq. Odur ki, iri alış-veriş planlaşdırarkən diqqətli olun. Ümumiyyətlə, gün sizin üçün çox əlverişli olacaq, sizi maraqlandıran bütün məsələləri rahatca, yersiz emosional hay-küy olmadan həll edəcəksiniz. DOLÇALARI karyerada xeyli irəliləməyə imkan verən hadisələr gözləyir. Diqqətli olun, qüvvənizi və vaxtınızı düzgün bölüşdürün: onlar sizə təkcə işdə deyil, evdə də gərək olacaqdır. İş çox və müxtəlif olacaq, hamısından eyni vaxtda yapışmağa çalışmayın. Düşündüklərinizi dəqiq və planauyğun şəkildə yerinə yetirin, o zaman səyləriniz uğurla nəticələnəcək və ətrafınızdakılar bunu qiymətləndirəcəklər. BALIQLAR uğurla irəliləmək üçün möhkəm zəmin yarada biləcəklər. İndi peşə sahəsində işləriniz həmişəkindən daha uğurludur. Ola bilsin ki, sizə yeni vəzifə təklif olunsun, yaxud maddi mükafat verilsin. Uzaq perspektiv üçün nəzərdə tutduğunuz planlar müsbət nəticə verə bilər, bir şərtlə ki, bu barədə hələlik heç nə danışmayın. QOÇLARI özünü reallaşdırmaq və peşə sahəsində yeni zirvələrə nail olmaq üçün əlverişli məqam gözləyir. Lakin nə isə düşündüyünüz kimi olmasa, fikir etməyin - hər yolda əngəllər ola bilər. Nəticədə nəzərdə tutduğunuz planları yerinə yetirəcəksiniz. Müəyyən vaxt keçəcək və siz öz işinizin bəhrəsindən zövq alacaqsınız. BUĞALAR öz fikirlərini başlıca məsələyə yönəltməli və seçdikləri yoldan qətiyyən kənara çıxmamalıdırlar. Anlaşılmazlıqlar və münaqişələr ola bilər, çünki sizin maraqlarınız tərəfdaşlarınızın maraqları ilə üst-üstə düşməyə bilər. Lakin siz geri çəkilməməlisiniz. Bu vəziyyətdə müvəffəqiyyətiniz qeyri-adi ağıl nümayiş etdirməyə hazırlığınızdan asılı olacaqdır. ƏKİZLƏR müsbət enerji alacaq və bunun sayəsində bir çox işlərin öhdəsindən əla gələ biləcəklər. İndi bütün köhnə layihələrinizi tez bir zamanda başa çatdırıb, hətta yeni ideyalarınızı həyata keçirməyə başlaya biləcəksiniz. Bu zaman özünüzə əlavə iş axtarmayın. Faydalı işgüzar görüşləriniz mümkündür. Həmin görüşlərdə öz maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanı əldə edəcəksiniz. XƏRÇƏNGLƏRİN öz istedadlarını tətbiq etmək üçün yeni meydan axtarışında bəxti gətirəcəkdir. Hər şey mütləq alınacaq. Siz düzgün yoldasınız. Amma oturub hər şeyin öz qaydasında olacağını gözləməyin. Əvvəlcə həddindən artıq çox işiniz olacaq, hətta təəssüflənəcəksiniz ki, üzərinizə çox yük götürmüsünüz. Lakin geri çəkilməyin, öz qərarlarınızda və hərəkətlərinizdə ardıcıl olun. O zaman qələbəni layiqincə bayram edə biləcəksiniz. ŞİRLƏR özləri üçün sərfəli müqavilə bağlamaq şansını əldən verməyəcəklər. Lap tezliklə bu sazişdən mənfəət əldə etməyə başlayacaqsınız ki, bu da maliyyə çatışmazlığı üzündən əvvəllər həyata keçirə bilmədiyiniz düşüncələrinizi reallaşdırmağa imkan verəcəkdir. İşdə sizin üçün əlverişli dövr başlanır: istənilən məsələləri həll edəcək və istər maddi, istərsə də karyera baxımından daha əlverişli şərait əldə edəcəksiniz. QIZLAR çox aktiv olacaqlar və bunun sayəsində yeni, öyrənilməmiş sahələrdə çalışa biləcəklər. Öz səylərinizdə məqsədyönlü, arzularınızda dönməz olacaqsınız. Sizi əhatə edən yaxınlarınız məqsədlərinizə çatmaqda xeyli kömək edəcəkdir. Yaxınlarınız və rəhbərlik xidmətlərinizi layiqincə qiymətləndirəcəklər və bunun sayəsində işdə vəziyyətiniz xeyli möhkəmlənəcəkdir. TƏRƏZİLƏR işgüzar planlarının həyata keçirilməsi üçün möhkəm bünövrə yaradacaqlar. Amma nə isə dərhal alınmasa, narahat olmayın: səmərəli işinizin nəticələrindən tam zövq ala biləcəksiniz. Mühüm layihələri mütləq həyata keçirəcək və ətrafınızdakıların müsbət münasibətinə nail olacaqsınız. Ən başlıcası isə öz qüvvənizə və imkanlarınıza şübhə etməyin. Yaxınlarınız sizi həmişə dəstəkləyəcəkdir. ƏQRƏBLƏR peşə fəaliyyətində nəzərəçarpacaq uğurlar qazanacaqlar. Buna görə də hər şeyi dəyərləndirib təkrarlamaq yollarını dərk etməlisiniz. Hadisələri tələsdirməyin. Səbirsizliyiniz işdə irəliləyişinizə ziyan vura bilər. Hövsələsizlik və tələskənlik sizin üçün sadəcə əks göstərişdir. Gözləmə mövqeyində qalsanız, daha yaxşı nəticələr əldə edəcəksiniz. OXATANLAR istənilən problemin diplomatik həllini tapa biləcəklər. Bu, rəhbərliyin nəzərindən qaçmayacaq və o, sizdən ən çətin layihənin yerinə yetirilməsi ilə məşğul olmağınızı xahiş edəcəkdir. Tapşırığın qüsursuz yerinə yetirilməsi karyera irəliləyişinizə və peşə sahəsində yeni uğurlar qazanmağınıza ən yaxşı imkan açacaqdır. İşdə nəzakət və prinsipiallıq göstərməyiniz müvəffəqiyyətinizin açarı olacaqdır.