İran ilə Avropa arasında xüsusi sistem yaradılıb


Dünya 01 Fev 2019 23:56:00 241 0

İran ilə Avropa arasında xüsusi sistem yaradılıb

Nəhayət ki, Avropa İttifaqı üzərinə düşən öhdəliyin yerinə yetirilməsi istiqamətində ilk addımı ataraq İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi hesablaşma sistemi (INSTEX) yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. O bildirib ki, dünən Fransa, Almaniya və Böyük Britaniya bəyanatla çıxış edərək İranla iqtisadi və ticarət əlaqələrini davam etdirmək üçün xüsusi maliyyə sistemini yaratdıqlarını bəyan ediblər. Bu addımla hər 3 dövlət nüvə razılaşmasının pozulmasının əleyhinə çıxış ediblər. Rəsmi Tehran hər 3 dövlətin addımını alqışlayır.