Əsası Dubay Əmirinin barmağının izi formasında olan qüllə ucaldılacaq FOTO


Digərləri 01 Fev 2019 23:41:00 270 0

Əsası Dubay Əmirinin barmağının izi formasında olan qüllə ucaldılacaq  FOTO

Dubayda 550 metr hündürlüyündə yeni "Burj Jumeira" qülləsi ucaldılacaq. Onun əsası Dubay Əmiri, BƏƏ-nin vitse-prezidenti və Baş naziri Şeyx Məhəmməd Rəşid Əl Məktumun barmağının izi formasında olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Dubai Holding" yeni qüllənin tikintisini anons edib. Qüllə məşhur "Burj Al Arab" otelinin yanında ucaldılacaq və Əmirliyin növbəti görməli məkanı olacaq. "Burj Jumeira" Əmirliyin Dubayı gələcəyin şəhərinə çevirmək planlarının təcəssümü olan layihənin bir hissəsidir. Dubay Əmiri layihənin işə salınması mərasimində onu "Downtown Jumeira" adlandırıb.


Xəbərə aid fotolar