27 ədəd maqnit udan uşağı təcili xəstəxanaya çatdırdılar Həkimlər deyir ki...


Digərləri 01 Fev 2019 23:15:00 302 0

27 ədəd maqnit udan uşağı təcili xəstəxanaya çatdırdılar  Həkimlər deyir ki...

Rusiyada 11 yaşlı oğlan 27 ədəd maqnit kürəciyi udub.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstəxanaya çatdırılan uşaq kürəcikləri bir-bir su ilə udduğunu bildirib. Uşağın bəxti onda gətirib ki, maqnitlər onun bağırsağında bir birinə birləşmiş halda deyil, bağırsaq boyu səpələnmiş halda olublar. Maqnitlərdən yalnız 4-ü bağırsağa zərər vurmadan təbii yolla xaric olublar. Qalan 23 ədəd maqniti isə endoskopik cərahiyyə üsulu ilə orqanzimdən kənarlaşdırmaq mümkün olub.