Tramp: "Əgər o, səddin tikintisinə qarşı çıxırsa..."


Dünya 01 Fev 2019 22:47:00 242 0

Tramp: "Əgər o, səddin tikintisinə qarşı çıxırsa..."

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə səddin tikintisinə vəsait ayrılması barədə demokratlarla danışıqları "vaxtı hədər yerə sərf etmək" adlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ lideri bunu "The New York Times" qəzetinə müsahibəsində deyib.

"Mən bu səddi tikdirməyə davam edəcəyəm və o tikiləcək. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə münasibətim yaxşı idi, lakin indi buna şübhə edirəm. Əgər o, səddin tikintisinə qarşı çıxırsa, bütün danışıqlar vaxt, vəsait və enerji itkisidir, Çünki səddin inşası çox vacibdir", - deyə Ağ evin rəhbəri bildirib.