Ötən il Türkiyəni 46 milyondan artıq turist ziyarət edib


Dünya 01 Fev 2019 22:41:00 199 0

Ötən il Türkiyəni 46 milyondan artıq turist ziyarət edib

Ötən il qardaş ölkə olan Türkiyəni 46 milyon 112 min 592 nəfər turist ziyarət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu da 2017-ci illə müqayisədə 21, 84 faiz artım deməkdir. Türkiyəyə ən çox ziyarətçi Rusiyadan (5 milyon 964 min 613 nəfər) gəlib. Sonrakı yerlərdə Almaniya (4 milyon 512 min 360), Bolqarıstan (2 milyon 386 min 855) qərarlaşıb. Adambaşına orta hesabla xərc 647 dollar, əcnəbilərin orta hesabla xərci 617 dollar, xaricdə yaşayan vətəndaşların orta hesabla xərci isə 801 dollar təşkil edib. Turizm gəlirlərinin 81,8 faizi xarici ziyarətçilərdən, 18,2 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə olunub.