Məhsulda palma yağının olubolmadığını necə müəyyən etmək olar?


Digərləri 01 Fev 2019 22:26:00 229 0

Məhsulda palma yağının olubolmadığını necə müəyyən etmək olar?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin fikrinə görə, palma yağınının istehlakı piylənmə və ürək xəstəliklərinə səbəb olur.

Təəssüf ki, hal hazırda ucuz palma yağı bir çox hazır məhsullara əlavə olunur. Bu yağ xüsusilə şirniyyatlar və süd məhsullarının istehsalında çox geniş istifadə olunur. Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?

Son.az saglamolun.az-a istinadən məhsulda palma yağının olub-olmadığını müəyyən etmək üçün bəzi tövsiyələri təqdim edir:

1. Palma yağı əlavə olunmuş məhsulun saxlanma müddəti bu yağ əlavə olunmamış məhsuldan daha çoxdur.

2. Palma yağı ucuzdur və bu səbəbdən bu yağ əlavə olunmuş məhsul digər oxşar məhsullarla  müqayisədə daha ucuz qiymətə satılır.

3. Palma yağı əlavə olunmuş məhsulun adı da başqa ola bilər: məsələn, "kəsmik" deyil, "kəsmikli məhsul" ("творожный продукт") və ya "kəsmikli kütlə" ("творожная масса"), "pendirli məhsul" ("сырный продукт"). Burada "məhsul" sözü ona işarə edir ki, tərkibində bitki yağı var.   

4. Təbii süd məhsulunun tərkibində bitki yağı ola bilməz. Əgər hər hansı süd məhsulunun etiketində "bitki yağı" sözü varsa, çox güman ki, ona məhz palma yağı əlavə olunub. Mütləq məhsulun etiketini oxuyun! 

5. Təbii kəsmik ev temperaturunda qalanda tez bir zamanda turşumağa başlayır, onun iyi və dadı dəyişilir. Palma yağı əlavə olunmuş kəsmik hətta ev temperaturunda uzun müddət xarab olmur və onun üzərində sarı qat əmələ gəlir.

6. Palma yağı əlavə olunmuş xama və ya kəsmiyi yeyəndən sonra ağızda və dilin üzərində xoşagəlməz yağlı dad qalır.