Durian meyvəsinin az tapılan növü min dollara satılır


Digərləri 01 Fev 2019 22:17:00 272 0

Durian meyvəsinin az tapılan növü min dollara satılır

İndoneziyada turistlər arasında populyarlıq qazanan durian meyvəsinin bir ədədi min dollara satılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, durian meyvəsinin "J-Queen" adlı bu növü Qərbi Yava əyalətinin Tasikmalay şəhərinin ticarət mərkəzində satışa çıxarılıb.

Həmin meyvə 32 yaşlı Aka adlı fermer tərəfindən iki məşhur növün calaq edilməsi yolu ilə əldə edilib. Akanın bildirdiyinə görə, həmin ağaclar yalnız 3 ildə bir dəfə meyvə gətirir.