Sərhədsiz sevgi: qısqanclıq gənc qızın həyatını dəyişdi FOTO


Digərləri 01 Fev 2019 22:20:00 269 0

Sərhədsiz sevgi: qısqanclıq gənc qızın həyatını dəyişdi  FOTO

Böyük Britaniya sakini üçün güclü sevgi və qısqanclıq ölümcül xəstəliyin vaxtında aşkarlanmasına kömək olub. 

Son.az oxu.az-a istinadən bildirir ki, 20 yaşlı britaniyalı İvi Mur xəstəliyi ilə bağlı qeyri-adi hekayəsini "Daily Mail" nəşrinə danışıb.

Qlosterşir qraflığının Straud şəhər sakini Mur 2015-ci ildə gənc sevgilisinin ona xəyanət etməsindən və başqa qızlarla yazışmasından şübhələnib. Mur az qala paranoyaya qurşanıb və daima təlaş içində olub, göz yaşlarını saxlaya bilməyib.

Sentyabr ayında sevgilisi evdə olmayanda qripə tutulub və valideynlərinə zəng vurub. Ata-anası onun səsindən halının yaxşı olmadığını müəyyən ediblər. Vaxtında təcili yardım çağırıb, qızlarının həyatını xilas ediblər. Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Mur iki gün komada olub. Komatoz vəziyyətdən çıxdıqda valideynlərini tanımayıb. Onu tezliklə xəstəxanadan buraxıb, ambulator müalicə üçün evə göndəriblər.


Xəbərə aid fotolar