Alkoqol genetikaya necə təsir edir?


Digərləri 01 Fev 2019 21:41:00 261 0

Alkoqol genetikaya necə təsir edir?

ABŞ-ın Ratger və Yel universitetlərindən olan alimlər həddən artıq spirtli içki qəbulunun uzunmüddətli genetik dəyişikliklər əmələ gətirəcəyini, nəticədə alkoqola böyük meyilliliyin yaranacağını izah ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq tədqiqat "Alcoholism: Clinical & Experimental Research" jurnalında dərc edilib.

Tədqiqatçılar diqqəti insanların davranışını tənzimləyən iki gen - PER2 və POMC üzərində cəmləşdiriblər. Bunlardan birincisi orqanizmin bioloji saatını, ikincisi isə stressə reaksiya verən sistemi tənzimləyir. Həkimlər, həmçinin üç insan qrupunu müqayisə ediblər: birinci qrupda alkoqolu az miqdarda, ikinci qrupda alkoqolu əhəmiyyətli dərəcədə qəbul edənlər, üçüncü qrupdakılar isə içki düşkünləri olub.