Bu sosial şəbəkənin fəaliyyəti dayandırılacaq


Digərləri 01 Fev 2019 21:47:00 236 0

Bu sosial şəbəkənin fəaliyyəti dayandırılacaq

"Google" şirkəti xüsusi dəstək səhifəsində "Google+" sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 2-dən "Google+" sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. "Google+" hesabı bağlandıqdan sonra şəkillər "Google Photos" xidmətindən yoxa çıxmayacaq.