İtaliyada məhbuslar yaxınları ilə "Skype" vasitəsilə ünsiyyət qura biləcəklər


Digərləri 01 Fev 2019 21:35:00 211 0

İtaliyada məhbuslar yaxınları ilə "Skype" vasitəsilə ünsiyyət qura biləcəklər

İtaliyada həbsxana həyatı yaşayanlar "Skype" vasitəsilə videozənglər edərək yaxınları ilə ünsiyyət qura biləcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkənin penitensiar müəssisələrinin yeni administrativ kodeksində əksini tapıb.

Müvafiq qərar ölkədəki müxtəlif həbsxanalarda aparılan bir sıra pilot layihələrindən sonra Ədliyyə Nazirliyi tərəfindən verilib. Kommunikasiya texnologiyaları və internetdən istifadə xarici aləmlə əlaqə saxlamağa imkan yaradır. Bu, əsasən də məhbusların digər regionlardakı həbsxanada saxlandığı zaman ailə üzvləri ilə görüşü çətinləşdiyindən daha çox əhəmiyyət daşıyır.