Xətaidəki qətllə Sabunçudakı intihar arasında şok bağlantı


Kriminal 01 Fev 2019 21:20:00 209 0

Xətaidəki qətllə Sabunçudakı intihar arasında şok bağlantı

Yanvarın 30-u gecə saat 02:20 radələrində Bakıdakı bağ evlərindən birində, 45 yaşlı İsmayılova Məlahət Adıgözəl qızının cəsədi tapılıb.

Son.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib. 

İsmayılova Pirşağı sakini Səlimov Ruslan Qəzənfər oğlunun bağ evində kəndirlə asılmış vəziyyətdə tapılıb. İlk baxışdan elə görünə bilər ki, bu, adi intihardır. Lakin heç də məsələ bu qədər sadə deyil. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həmin qadının adı Xətai Rayon Prokurorluğunda araşdırılan bir cinayət işi ilə bağlıdır.

Xətai rayonunun hüquq-mühafizə orqanları Sputnik Azərbaycan-a İsmayılovanın cinayətdə iştirakı ilə bağlı informasiyanı etiraf ediblər. Bununla yanaşı, məlum olub ki, məhz İsmayılovanın asılması ilə bağlı izlər 83 yaşlı Patimat Kucayevanın xüsusi amansızlıqla qətlə yetirilməsinə aparıb çıxarır.

Daha əvvəl Sputnik Azərbaycan xəbər vermişdi ki, yanvarın 27-si axşam saat 20:00-da İnqilab İsmayılov küçəsindəki 52 nömrəli evdə qoca qarının cəsədi aşkarlanıb. Qatil öz qurbanının baş, üz və boyun nahiyəsinə 20-dək bıçaq zərbəsi endirib.