Çaylarda suyun səviyyəsi yenə dəyişdi


Digərləri 01 Fev 2019 21:08:00 216 0

Çaylarda suyun səviyyəsi yenə dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişib. Son.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 kub/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 155 kub/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70,0 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.