Məmurun otağında qayınatasını döyən dünya çempionundan


Digərləri 01 Fev 2019 20:09:00 281 0

Məmurun otağında qayınatasını döyən dünya çempionundan

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dəqiqləşdirilib.

Daha sonra E.Məcidovun vəkili vəsatət qaldırıb. O, cinayət işini araşdıran təhqiqatçının ifadəsinin sübutlar siyahısından çıxarılması və hadisə yerində olan əsas şahidin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.

E.Məcidov da məhkəmədə çıxış edərək ona verilən ittihamla razılaşmayıb, işin yenidən istintaqa qaytarılmasını istəyib.

Məhkəmə E.Məcidovun vəsatətini təmin etməyib, vəkilin vəsatətləri isə hazırkı mərhələdə baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.