Gürcüstanda buraxılış imtahanları tam ləğv edildi


Dünya 01 Fev 2019 19:59:00 270 0

Gürcüstanda buraxılış imtahanları tam ləğv edildi

"Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilməyəcək".

Son.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir: "Təhsil, Elm, Mədəniyyət və İdman Nazirlyi 2019-cu ildə attestat imtahanlarının yalnız 11-ci sinif şagirdləri üçün ləğv olunması barədə qərar qəbul edib. Bu prinsipial olaraq düzgün yanaşmadır və məsələ ilə bağlı məsləhətləşmələr aparıldı. Nəticədə buraxılış imtahanlarının həm 11, həm də 12-ci sinif şagirdləri üçün ləğv olunması haqqında qərar qəbul edildi".