Angela Merkel: "Qarabağ münaqişəsinin həllində..."


Siyasət 01 Fev 2019 19:29:00 218 0

Angela Merkel: "Qarabağ münaqişəsinin həllində..."

"Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq".

Son.az Report-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qarşıda uzun yol var. Təkcə bir tərəfi razı salan variant mümkün deyil. Odur ki, ATƏT-in Minsk qrupunun imkanlarından yararlanmaq lazımdır", - deyə Almaniyanın hökumət başçısı vurğulayıb.

Son.az