Vüqar Rəhimzadə: Müxalifət “lidercikləri” bir daha yaramaz olduqlarını təsdiq etdilər


Digərləri 01 Fev 2019 19:22:51 221 0

Vüqar Rəhimzadə: Müxalifət “lidercikləri” bir daha yaramaz olduqlarını təsdiq etdilər

Müxalifət “lidercikləri” bir daha yaramaz olduqlarını təsdiq etdilər.

Bakı. Samir Əli - Müxalifət “lidercikləri” bir daha yaramaz olduqlarını təsdiq etdilər. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə deyib ki, bu gün adı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında çəkilən, digər ölkələrə nümunə kimi göstərilən Azərbaycan yeni inkişaf dövrünü yaşayır: "Möhtərəm Prezidentimizin rəhbərliyi ilə yeni islahatlar həyata keçirilir, ölkəmizin iqtisadi gücü, siyasi nüfuzu daha da artır, bölgələr simasını dəyişir. Dəyişməyən isə illərdir bu xalqa, dövlətə müxalif olan, xarici anti-Azərbaycan ünsürlərin təsiri altında ölkəmizə qarşı hər zaman qərəzli, radikal mövqedə olan bir qrup “siyasətbazdır”. İllərdir böyük kütləni ətraflarında birləşdirdiklərini iddia edən dağıdıcıların 19 yanvar mitinqi onların nə qədər rəzil, aciz durumda olduqlarını bir daha nümayiş etdirdi".