Bakıda sevgilisini qətlə yetirən şəxsə hökm oxundu


Digərləri 01 Fev 2019 19:09:00 195 0

Bakıda sevgilisini qətlə yetirən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.