6 milyarda yaxın pulu necə leqallaşdırdılar?


Digərləri 01 Fev 2019 19:09:00 321 0

6 milyarda yaxın pulu necə leqallaşdırdılar?

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses fevralın 6-da davam etdiriləcək.

M.Əliyev 2017-ci ildə 1,7 milyard manat pulu leqallaşdırmaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını 9 saylı cəzaçəkmə müəssisində çəkir.

R.Vəliyev isə istintaqdan yayındığı üçün 2015-ci ilin dekabr ayından "İnterpol" vasitəsilə axtarışa verilib.

İttihama görə, "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank"ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. Rüfət Vəliyev görüşdə özünü "Provision Group", "İmpeks+", "Blast", "Qalaksi A", "Asin Co. LTD", "Primo A" və "İTEK" MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələrinin olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. Azər Mövsümov onlar üçün "AGbank"ın Xətai filialında otaq ayırıb.


Xəbərə aid foto