Qripdən ən yaxşı müdafiə risk qrupu olan əhalinin peyvənd edilməsidir


Digərləri 01 Fev 2019 18:44:00 237 0

Qripdən ən yaxşı müdafiə risk qrupu olan əhalinin peyvənd edilməsidir

Qripdən ən yaxşı müdafiə yüksək risk altında hesab edilən qruplar arasında peyvəndin aparılmasıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilir ki, yüksək risk altında hesab edilən qruplara 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan aşağı olan uşaqlar, hamiləliyin hər hansı bir mərhələsində olan hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər, səhiyyə işçiləri daxildirlər.

Qripin daha çox yayılmasının qarşısını almaq üçün fərdi qoruyucu tədbirlərdən istifadə edərək özümüzü qorumaqdır. Bu tədbirlər əlləri müntəzəm olaraq sabunla yumaq, öskürən və ya asqıran zaman ağız-burun nahiyəsini dəsmalla örtmək, ilkin mərhələdə, ozünü yaxşı hiss etmədikdə, izolasiya olmaq, xəstə insanlarla sıx əlaqədə olmamaq, göz, burun və ya ağıza toxunmaqdan qaçmaqdır.