VVAQ üçün tələb olunan sənədlərin sayı azaldıldı


Digərləri 01 Fev 2019 18:39:00 234 0

VVAQ üçün tələb olunan sənədlərin sayı azaldıldı

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin hazırkı variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

Təklif edilən yeni dəyişikliyə əsasən isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.