“Azerspace2” peyki kommersiya fəaliyyətinə başlayıb


Digərləri 01 Fev 2019 18:29:00 234 0

“Azerspace2” peyki kommersiya fəaliyyətinə başlayıb

"Azerspace-2" peyki bu gündən etibarən kommersiya fəaliyyətinə başlayıb.

Son.az xəbər verir ki, "Azərkosmos"dan Trend-ə verilən məlumata görə, 26 sentyabr 2018-ci il tarixində Kuru kosmodromundan uğurla orbitə buraxılan "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.

"Azerspace-2" kommersiya fəaliyyətinə başlamaqla "Azərkosmos"un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək.

Hazırda peykin tutumlarının satışı ilə əlaqədar əhatə zonasına daxil olan ölkələrdə potensial müştərilərlə aktiv biznes danışıqları aparılır. "Azərkosmos" ASC ilə ABŞ, Pakistan və peykin əhatə zonasına daxil olan ölkələrin bir sıra şirkətləri arasında peykin xidmətlərindən istifadəyə dair ilkin razılaşma sazişləri imzalanıb.