Nazir müavini: "Gənclərin düşüncə tərzi müsbət mənada tamam dəyişib"


Digərləri 01 Fev 2019 17:17:00 272 0

Nazir müavini: "Gənclərin düşüncə tərzi müsbət mənada tamam dəyişib"

"Bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib. Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoydu".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər Günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib.

Dövlətin gənclərə yüksək diqqət və qayğı göstərdiyini deyən nazir müavini gənclərlə bağlı mövcud qanunvericiliyə dəyişikliklərin parlamentdə müzakirə mərhələsində olduğunu söyləyib.

İ.Babayevin sözlərinə görə, qanunvericiliyə edilən hər yeni dəyişiklik dövrün çağırışlarına, dövlətin daxili çağırışlarına cavab verir.