Siyavuş Novruzov: Vətəndaşın alçaldılması, dövlət çevrilişinə çağırışlar, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub


Digərləri 01 Fev 2019 17:14:00 202 0

Siyavuş Novruzov: Vətəndaşın alçaldılması, dövlət çevrilişinə çağırışlar, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub

Vətəndaşın alçaldılması, dövlət çevrilişinə çağırışlar, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub.

Bakı. Elçin Mehdiyev – “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. S.Novruzov qeyd edib ki, bəzi KİV-lərdə artıq bütün etik qaydaları pozurlar. Bu halların qarşısını almaq üçün yeganə yol qanunvericilikdir: “Vətəndaşın alçaldılması, dövlətin əleyhinə fikirlər söyləmək, dövlət çevrilişinə çağırışlar, istənilən adamın istənilən fikri söyləməsi, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub. İndi 5-10 nəfər ortaya düşüb dövlətçilik haqqında, dövlət quruculuğu haqqında ağızlarına gələni danışırlar. Ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi, qəzetlərin borcu bağlandı, bu gün Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Jurnalistlər də təhqir yazanlara qarşı mübarizə aparmalıdır”. Spiker Oqtay Əsədov isə bildirib ki, bu deyilənlərdə həqiqət var: “Bu məsələni müzakirə etmək, bu mənfi halların qarşısını almağın yollarını fikirləşmək lazımdır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin