Nazir müavini: Gənclərin düşüncə tərzi müsbət mənada tamam dəyişib


Digərləri 01 Fev 2019 16:54:00 231 0

Nazir müavini: Gənclərin düşüncə tərzi müsbət mənada tamam dəyişib

Bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib.

Bakı. İlhamə İsabalayeva - Bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib. Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoydu. Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər Günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib. Dövlətin gənclərə yüksək diqqət və qayğı göstərdiyini deyən nazir müavini gənclərlə bağlı mövcud qanunvericiliyə dəyişikliklərin parlamentdə müzakirə mərhələsində olduğunu söyləyib.