Çörəyin keçdiyi keşməkeşli yol


Digərləri 01 Fev 2019 16:04:00 255 0

Çörəyin keçdiyi keşməkeşli yol

Hər gün aldığımız, süfrəmizin olmazsa-olmazı olan çörək süfrəmizə gələnə qədər nələrə məruz qalır?

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bu günlərdə Bakıda satış üçün nəzərdə tutulan çörəyin üstündə pişik gəzdiyi anın görüntüləri yayılıb. Satmaq üçün gətirilən və açıq şəraitdə olan çörəklər marketin qarşısına qoyulduğundan üstündə pişik gəzir. Hadisə şahidləri bildirib ki, səhər saatlarında market hələ açıq olmadığına görə, çörək paylayan şəxs yeşikləri mağazanın qarşısına qoyub gedib. Sonra da sözügedən mənzərə yaranıb. Bu isə videonu izləyən hər kəsin ciddi narahatlığına səbəb olub.

Sakin: "Televizorda gördüm pişiyi. Çörəyin içində gəzir. Özüm bişirəm. Lazım da deyil mənə o çörək".

Ekspertlərin sözlərinə görə, bu mənzərə ilə təkcə burda yox, başqa marketlərin qarşısında da qarşılaşmaq olar. Əsasən də Bakının kənd və qəsəbələrində belə hallar tez-tez baş verir.

Eyyub Hüseynov - AİB-in sədri: "İstehsal olunan mallar tarladan yetişdiriləndən istehlakçının masasına qədər müəyyən risk nöqtələrindən keçir. Həmin risk nöqtələrindən biri də daşınmadır. Çörəyin üstündə pişik gəzirsə, deməli pişik o tərəfə gedəndən sonra onun üzərində siçovul olacaq".

İsa Əliyev - Qida Mühəndisi: "Çörəklər paketlənmiş şəkildə transportlara verilməlidir. Çörəyin qoyulma yeşiklərinin də təmiz olması lazımdır. O yeşiklər çirkin, mikrobun içinə hər hansı bir yerə qoyulmamalıdır. Dəfələrlə istifadə edilmiş yeşiklər təmizlənməli yuyulmalıdır və gigiyenik qaydalara riayət olunmalıdır".


Xəbərə aid fotolar