Görkəmli alimin dəfn mərasimi keçirildi FOTO


Digərləri 01 Fev 2019 15:54:00 222 0

Görkəmli alimin dəfn mərasimi keçirildi  FOTO

Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov bu gün Bakıda II Fəxri xiyabanda dəfn olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəfndən əvvəl Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərov, ictimai-siyasi xadimlər, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən professorun həyat yoldaşı məclisə gələnlərə təşəkkürünü bildirərək qeyd edib ki, T.Bağırov hamı ilə halallaşaraq dünyadan köçüb.

Sonra T.Bağırov II Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Trend-ə danışan mərhumun oğlu Adil Bağırov bildirib ki, T.Bağırovun bu günədək gördüyü işlərin hər birində Azərbaycanın adı olub:


Xəbərə aid fotolar