Tarzanın qadağan olunmuş şəhərinə səyahət


Digərləri 01 Fev 2019 15:39:00 258 0

Tarzanın qadağan olunmuş şəhərinə səyahət

Məşhur azərbaycanlı yazıçı yenidən Afrikada: Qeyri-adi məcaralar və ən ibtidai tayfalar

Yazıçı-filosof Rövşən Abdullaoğlunun dünyanın bir çox yerlərinə etdiyi səfərlər oxucularına yeni maraqlı romanlar qazandırır. Müxtəlif Avropa, Skandinaviya, Şərq ölkələrinə səyahətlərindən əldə etdiyi zəngin məlumatlarla oxucular "Bu şəhərdə kimsə yoxdur", "Relslər üzərində uzanmış adam" və "Abaddon" romanlarından tanış olublar. Keçən il ilk dəfə Afrika qitəsinə səfər etmiş yazıçı bəşəriyyətin beşiyi sayılan Efiopiyada şəhərləri, kəndləri gəzərək sivilizasiyadan uzaq tayfaların həyat tərzi və mədəniyyətləri ilə tanış olub.

Tanınmış yazıçımız Afrika qəbilələrinin içində yaşayacaq - Qorxulu da olsa, getməliyəm - FOTO Bu səfər də müəllifin üzərində işlədiyi yeni romanı ilə əlaqədardır. Rövşən Abdullaoğlunun yaxın dostlarından biri ilə Afrika qitəsinə növbəti səyahəti başlayıb. Bu əsrarəngiz yolçuluq Uqandanın Entebbe şəhərindən başlayaraq Milli Botanika bağı, Viktoriya gölündə qayıqla gəzinti, şəhərlə tanışlıq və adalara baş çəkməklə davam edəcək. Daha sonra səyyahlar Uqandanın paytaxtı Kampalaya gedəcək, şəhərlə tanış olduqdan sonra eyni adlı muzeyi ziyarət edəcəklər. Təbii ki, Kampalaya getmiş hər bir turist kimi Ruşenzori dağına qalxaraq Semiliki Milli Parkına getmək də planda var. Qeyd edək ki, məhz bu Milli Parkda dünyanın ən qısaboylu xalqı - piqmeylər yaşayır.

Oxuculara öncədən bir sirr də verək: yazıçının növbəti romanının qəhrəmanları məhz piqmeylər olacaq. Hazırda Afrikada onların sayı həddindən artıq azalıb.