Azərbaycandan ən çox ixrac olunan məhsulların


Digərləri 01 Fev 2019 15:29:00 78 0

Azərbaycandan ən çox ixrac olunan məhsulların

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin yanvar sayı təqdim olunub.

Son.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil edib. 2017-cı illə müqayisədə 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 151 milyon ABŞ dolları və ya 10 faiz artıb. Ötən il ərzində Rusiyaya 619,2 milyon, Türkiyəyə 344,9 milyon, İsveçrəyə 135,4 milyon Gürcüstana 124,5 milyon və Qazaxıstana 44,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. 2017-ci illə müqayisədə 2018-ci il ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 18%, İsveçrəyə 1%, Qazaxıstana 36% artıb, İsveçrəyə 6%, Gürcüstana isə 10% azalıb.

2018-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 118 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (114,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində meyvə-tərəvəz ixracı 560 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 milyon, pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon ABŞ dolları təşkil edib. 2017-ci illə müqayisədə 2018-ci ildə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz artıb.

2018-ci ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon ABŞ dolları təşkil edib. Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (63,8 milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (23,6 milyon ABŞ dolları), İsveçrənin (12,2 milyon ABŞ dolları), Gürcüstanın (7,4 milyon ABŞ dolları), İranın (5,4 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Pomidor (15,2 milyon ABŞ dolları) ilə fındıq ləpəsi (13,4 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.

"İxrac İcmalı"ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci il ərzində "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 25,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Nazirlik: Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir like
  • 01 Fev 15:27  
Digərləri Nazirlik: Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir

Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır.

arrow Ətraflı
Təhsil naziri: "Müəllimlər bunu etməməlidir..." like
  • 01 Fev 15:24  
Digərləri Təhsil naziri: "Müəllimlər bunu etməməlidir..."

"Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexani

arrow Ətraflı
ETSN: Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir like
  • 01 Fev 15:23  
Digərləri ETSN: Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir

Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir.

arrow Ətraflı
Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək like
  • 01 Fev 15:19  
Digərləri Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Fevralın 3-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturaların

arrow Ətraflı
Albaniya Prezidenti İlir Meta martda Bakıya gələcək like
  • 01 Fev 15:19  
Siyasət Albaniya Prezidenti İlir Meta martda Bakıya gələcək

Albaniya Prezidenti İlir Meta mart ayında Bakıya gələcək.

arrow Ətraflı
“Yenə dilinə sahib çıxmır...” like
  • 01 Fev 15:14  
Şou-biznes “Yenə dilinə sahib çıxmır...”

Müğənni Mətanət Əsədova ilə aparıcı Sərxan Kərəmoğlu arasında yar

arrow Ətraflı
Azərbaycandan ən çox ixrac olunan məhsulların SİYAHISI açıqlandı like
  • 01 Fev 15:13  
Digərləri Azərbaycandan ən çox ixrac olunan məhsulların SİYAHISI açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcma

arrow Ətraflı
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi kəskin artıb like
  • 01 Fev 15:09  
Digərləri Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi kəskin artıb

Azərbaycan Mərkəzi Bankının ötən il mayın 24-dən tədavülə buraxdığ

arrow Ətraflı
Şəkidə qanunsuz silah-sursat aşkarlanıb like
  • 01 Fev 15:08  
Digərləri Şəkidə qanunsuz silah-sursat aşkarlanıb

Şəkidə qanunsuz silah-sursat aşkarlanıb

arrow Ətraflı
Albaniya Prezidenti İlir Meta martda Bakıya gələcək like
  • 01 Fev 15:02  
Digərləri Albaniya Prezidenti İlir Meta martda Bakıya gələcək

Albaniya Prezidenti İlir Meta mart ayında Bakıya gələcək.

arrow Ətraflı
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından erməni separatçılarına tutarlı cavab like
  • 01 Fev 14:59  
Siyasət Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından erməni separatçılarına tutarlı cavab

"Biz, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və öz

arrow Ətraflı
Qondarma rejimin “mətbuat katibi”nin bəyanatına cavab verildi like
  • 01 Fev 14:59  
Siyasət Qondarma rejimin “mətbuat katibi”nin bəyanatına cavab verildi

Biz Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qa

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib like
  • 01 Fev 14:57  
Digərləri Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başç

arrow Ətraflı
Qaradağ rayonunun fəal gənclərinin yığıncağı keçirilib like
  • 01 Fev 14:56  
Digərləri Qaradağ rayonunun fəal gənclərinin yığıncağı keçirilib

Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” m

arrow Ətraflı