Prezident İlham Əliyev Rusiyanın QaraçayÇərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib FOTO


Siyasət 01 Fev 2019 15:05:00 71 0

Prezident İlham Əliyev Rusiyanın QaraçayÇərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mili.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə prezidentləri arasında yüksək səviyyədə qarşılıqlı etimadın mövcud olduğunu bildirdi və bunun əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını dedi. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə mailik olduğumuz Şimali Qafqaz regionu və eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının həyata keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini dedi. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında əlaqələrin uğurlu inkişafında ötən il iki ölkə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmini qeyd etdi. Prezident İlham Əliyev Raşid Temrezovun ölkəmizə səfərinin səmərəli və uğurlu keçəcəyinə əminliyi ifadə etdi.

Azərbaycan Prezidenti ilə görüşdən böyük məmnunluq duyduqlarını deyən Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafında regionlararası qarşılıqlı fəaliyyətin rolunu qeyd edərək, bu gün Bakıda biznes nümayəndələri arasında keçiriləcək görüşün əhəmiyyətini vurğuladı. O bildirdi ki, Rusiyanın Qaraçay-Çərkəz regionu ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün qarşılıqlı maraq mövcuddur və bunun üçün yaxşı imkanlar var. Raşid Temrezov mədəni və humanitar əlaqələrin də yüksək səviyyədə olduğunu bildirərək, bunun münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğuladı.


Xəbərə aid foto

Albaniya Prezidenti İlir Meta martda Bakıya gələcək like
  • 01 Fev 15:02  
Digərləri Albaniya Prezidenti İlir Meta martda Bakıya gələcək

Albaniya Prezidenti İlir Meta mart ayında Bakıya gələcək.

arrow Ətraflı
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından erməni separatçılarına tutarlı cavab like
  • 01 Fev 14:59  
Siyasət Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından erməni separatçılarına tutarlı cavab

"Biz, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və öz

arrow Ətraflı
Qondarma rejimin “mətbuat katibi”nin bəyanatına cavab verildi like
  • 01 Fev 14:59  
Siyasət Qondarma rejimin “mətbuat katibi”nin bəyanatına cavab verildi

Biz Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qa

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib like
  • 01 Fev 14:57  
Digərləri Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başç

arrow Ətraflı
Qaradağ rayonunun fəal gənclərinin yığıncağı keçirilib like
  • 01 Fev 14:56  
Digərləri Qaradağ rayonunun fəal gənclərinin yığıncağı keçirilib

Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” m

arrow Ətraflı
“Mənə dedi ki, nə gündəsən?” like
  • 01 Fev 14:54  
Şou-biznes “Mənə dedi ki, nə gündəsən?”

"Masqadan masqaya düşmək lazımdır"

arrow Ətraflı
UNİCEF müəllimlər üçün təlimlərə başlayır like
  • 01 Fev 14:51  
Digərləri UNİCEF müəllimlər üçün təlimlərə başlayır

Universitet və məktəb müəllimləri Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki,

arrow Ətraflı
Türkiyə əhalisinin sayı artıb like
  • 01 Fev 14:49  
Dünya Türkiyə əhalisinin sayı artıb

2018-ci ildə Türkiyədə əhalinin sayı 2017-ci il ilə müqayisədə 1,193 m

arrow Ətraflı
Türkiyədə neft tapıldı like
  • 01 Fev 14:46  
Digərləri Türkiyədə neft tapıldı

Türkiyənin cənub-şərqində Siirt vilayətində neft yatağı aşkar edilib.

arrow Ətraflı
Vüqar Səfərli: "Məqsəd hansısa qəzetlərin bağlanması yox, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır" like
  • 01 Fev 14:44  
Digərləri

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə

arrow Ətraflı
Britaniyanı sazaq kəsir like
  • 01 Fev 14:39  
Digərləri Britaniyanı sazaq kəsir

Dünən gecə Britaniyada qışın ən soyuq saatları yaşanıb.

arrow Ətraflı
Səfir Xəzərdə dəniz turizminin inkişafı ilə bağlı danışdı like
  • 01 Fev 14:34  
Digərləri Səfir Xəzərdə dəniz turizminin inkişafı ilə bağlı danışdı

"Rusiya və Azərbaycan Xəzərdə dəniz turizminin inkişafı ilə bağl

arrow Ətraflı