Rusiyanın bəzi ərazilərindən Azərbaycana heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyuldu


Dünya 01 Fev 2019 14:14:00 255 0

Rusiyanın bəzi ərazilərindən Azərbaycana heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyuldu

Azərbaycan Rusiyanın bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub.

Qida Təhlükəsizliyi Agentliyindən Son.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilib.