Qadınları xadimə işinə düzəltmək adı ilə fahişəliyə cəlb edən


Digərləri 01 Fev 2019 14:19:00 245 0

Qadınları xadimə işinə düzəltmək adı ilə fahişəliyə cəlb edən

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayeva barəsində cinayət işi başlanıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Günay Seyfullayevanın barəsində polis nəzarəti altına verilmə qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiq tərəfindən Nərimanov rayon Məhkəməsinə vəsatət verilib.

Hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin edilib. Qeyd edək ki, ötən ilin oktyabr ayında məhkəmənin qərarı ilə Günay Seyfullayevanın barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb.


Xəbərə aid foto