Solari Benzemaya görə təəssüflənir


İdman 01 Fev 2019 14:15:00 263 0

Solari Benzemaya görə təəssüflənir

Real-ın baş məşqçisi Santyaqo Solari İspaniya kubokunun ¼ finlımda Girona üzərində qələbədən (3:1, ilk oyun 4:2) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı “kral klubu”nun mükafat uğrunda mübarizəni davam etdirdiyini deyib. “Mübarizəmiz davam edir. Artıq yarımfinaldayıq. Məqsədimiz mükafat əldə etməkdir. Buna can atırıq. Komandada abu-hava əladır. Futbolçularım döyüşə hazırdır. Kərim Benazema matçda dubl etdi. Təəssüf ki, bəziləri Benzemanı yaxşı tanımır. Forvard tez-tez tənqid edilir. Buna təəssüflənirəm”,- Solari deyib.