Nazir: "Azərbaycanda müəllimlərin 27 faizinin yaşı 35ə qədərdir"


Digərləri 01 Fev 2019 14:09:00 397 0

Nazir: "Azərbaycanda müəllimlərin 27 faizinin yaşı 35ə qədərdir"

"Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir ki, onların da 39 179 nəfəri, yəni 27 faizinin yaşı 35 yaşa qədərdir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxışı zamanı deyib.

C.Bayramov qeyd edib ki, həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür.

Nazirin sözlərinə görə, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.