Spiker: "Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır"


Digərləri 01 Fev 2019 13:51:00 246 0

Spiker: "Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır"

"Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O.Əsədov bildirib ki, sosial şəbəkələrdə yazılanlar xəcalət hissi doğurur: "Mən xaricdə yaşayanları demirəm. Ancaq ölkə daxilində təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik. Onların yazılarına baxanda adam xəcalət çəkir. Dövlət qurumları haqqında ağızlarına gələni yazırlar".