Üç əsr yaşayan rusiyalı qadın vəfat edib


Dünya 01 Fev 2019 13:59:00 249 0

Üç əsr yaşayan rusiyalı qadın vəfat edib

Çeçenistanda bu il 130 yaşı tamam olan Rusiyanın ən yaşlı qadını Koka İstambulova vəfat edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə onun nəvəsi İlyas Abubakarov məlumat verib.

Yanvar ayının sonunda Kabarda-Balkar Respublikasının Baksan rayonunda, Rusiya Rekordlar kitabına əsasən, ölkənin ən yaşlı qadını Nanu Şaova 129 yaşında vəfat edib.

K.İstambulova Rekordlar kitabında qeydiyyata alınmayıb, lakin Rusiyanın pensiya fondunda onun yaşını təsdiq ediblər.

"Nənəm heç nədən şikayət etmirdi. Biz həmişə olduğu kimi, şam yeməyi yedik, o, zarafatlar edirdi, danışırdı. Sonra qəfildən onun halı pisləşdi, sinəsində ağrılardan şikayət edirdi. Həkim çağırdıq və bizə dedilər ki, ürəyinin təzyiqi aşağı düşüb, iynə vurdular. Lakin xilas edə bilmədilər. Bir az sonra o, sakitcə, tam ayıq şəkildə və dua oxuya-oxuya öldü", - deyə nəvəsi bildirib.